Press "Enter" to skip to content

Xızıda ”Cinayətkarlığa qarşı mübarizə” mövzusunda tədbir

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Xızı şəhər tam orta məktəbində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “XXI Əsrin Qadınları” İctimai Birliyinin təşkilatçılığı ilə “Cinayətkarlığa qarşı mübarizə” adlı dəyirmi masa keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Fətulla Əliyev, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polkovnik-leytenant İbrahim Əhmədov, “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova məruzələrlə çıxış ediblər. Çıxışlarda insan alverinə qarşı mübarizənin əsas istiqamətləri və normativ hüquqi bazası, insanların istismar edilməsinin forma və üsulları barədə danışılıb. Həmçinin, insan alverinin profilaktikası, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsasları, habelə insan alveri qurbanlarının hüquqi vəziyyəti, müdafiəsi və onlara yardım göstərilməsi haqqında, insan alverinin doğurduğu təhlükələr və bu cinayətlərdən qorunmaq barədə geniş məlumat verilib”.

Tədbir söhbət-disput şəklində davam edib.

Mission News Theme by Compete Themes.