Press "Enter" to skip to content

Dünyanın diqqəti Qazaxıstana yönəlib – VIDEO

Astanada keçirilən V Ümumdünya Köçəri Oyunlarının açılış mərasimə böyük maraqla qarşılanıb

BAYRAQDAR MEDİA – Sentyabrın 8-də “Astana Arena” stadionunda V Ümumdünya Köçəri Oyunlarının açılışı olub. Açılış mərasimi beynəlxalq ictimaiyyət tərəfindən böyü maraqla qarşılanıb.

V Ümumdünya Köçəri Oyunları üçün Qazaxıstana turist axını

Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Dünya Köçəri Oyunları etnik idman növləri üzrə beynəlxalq idman yarışlarıdır. Dünyanın dörd bir yanından gələn izləyiciləri bir araya gətirən Dünya Köçəri Oyunları, Türk Dünyasının mədəni və idman həyatında böyük önəm daşıyır.

V Dünya Köçəri Oyunlarına həsr olunmuş buraxılış – VİDEO

Bu möhtəşəm tədbir, türk xalqlarının əsrlər boyu yaşatdığı adət-ənənələrini və dəyərlərini geniş miqyasda çatdırır.

Hollivud ulduzu da Dünya Köçəri Oyunları ilə maraqlanıb

Kazinform xəbər verir ki, bu möhtəşəm idman tədbirində Azərbaycan da daxil dünyanın 89 ölkəsindən olan 2500-dən çox idmançının iştirak nəzərdə tutulub.

V Dünya Köçəri Oyunlarının baş sponsoru məlum olub – VİDEO

Tədbirin təşkilatçılarından verilən məlumata görə, yarışlar Qazaxıstan paytaxtınn 6 böyük infrastrukturunda keçiriləcək. Bunlar “Astana Arena” stadionu, “Kazanat” İppodromu, Zh Uşkempirov adına Döyüş Sənəti Sarayı. “Alau” Buz Sarayı, “Qazaqstan” atletika idman kompleksi, “Duman” kompleksi. Bu meydançalarda 21 idman növü üzrə yarışlar keçiriləcək.

V Dünya Köçəri Oyunları bu tarixdə keçiriləcək

Yazıya vacib sözardı: Məlumat üçün bildirək ki, BAYRAQDAR MEDİA olaraq Ümumdünya Köçəri Oyunlarını hər zaman diqqətdə saxlamışıq. Eyni zamanda, bu dəfəki oyunlarla bağlı bir sıra yazılar dərc etmişik. Onların bir neçəsinin linkini bu yazıya əlavə edirik.

 

Mission News Theme by Compete Themes.