Press "Enter" to skip to content

Geomaqnit qasırğası gözlənilir

Bakı Dövlət Universiteti

BDU-nun Astrofizika kafedrası: “Sentyabrın 11-dək geomaqnit qasırğası gözlənilir”

BAYRAQDAR MEDİA – Günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Kosmik aparatlar Yerə yönələn tac kütlə atılmaları müşahidə edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.

Xəbərdə bildirilir ki, “10-11 sentyabr tarixlərində Günəş aktivliyi M (R1-R2 – mülayim orta) və müəyyən ehtimalla X (R3 – güclü) səviyyədə olacaq. Hazırda geomaqnit qasırğası orta səviyyədədir. Sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək”.

Qeyd edək ki, geomaqnit qasırğası daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək.

Mission News Theme by Compete Themes.