BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) tarix üzrə fəlsəfə doktoru, Dos. Ziyad Əmrahovun “İrəvan quberniyasının tarixi” (1850-1917-ci illər) monoqrafiyası da yer alır.
Monoqrafiya Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.
Nəşr “İrəvan quberniyasının yaradılması”, “İrəvan quberniyasının əhalisinin say dinamikası və etnik tərkibi (1850-1917)”, “İrəvan quberniyasında təhsil (maarif) sisteminin vəziyyəti”, “İrəvan quberniyasında dini və sosial tikililər”, “İrəvan quberniyasının iqtisadi həyatı”, “İrəvan quberniyasında inzibati idarələr” adlı fəsillərə bölünür.
Bildirək ki, kitabın elmi redaktoru millət vəkili, tarix elmləri doktoru, Prof. Anar İsgəndərov, rəyçiləri tarix elmləri doktoru, Prof. Məryəm Seyidbəyli, tarix elmləri doktoru, Prof. Şikar Qasımov, tarix üzrə fəlsəfə doktoru, Dos. Bəymirzə Şabıyev, tarix üzrə fəlsəfə doktoru, Dos. Sevinc Qasımova, tarix üzrə fəlsəfə doktoru, Dos. Samir İsmayılovdur.





