BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş Türkiyənin daxili İşlər naziri Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakçıya başsağlığı ünvanlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən daxil olub.
Başsağlığında deyilir: “Tunceli vilayətində qardaş Türkiyənin Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm. Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin”.





