Press "Enter" to skip to content

800-dək uşağa xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində hazırda 800-ə yaxın uşağa xidmət göstərilir.

Bu barədə Nazirliyin məlumatında qeyd edilib.

Bildirilib ki, “onlardan 467 nəfəri uşaq evləri və ailə tipli kiçik qrup evlərində, qalanları Agentliyin digər müəssisələrində daimi dövlət himayəsində yaşayırlar. Sosial xidmət müəssisələrindəki uşaqlardan 280 nəfəri əlilliyi olan uşaqlardır”.

Məlumata görə, uşaqlar müəssisələrə qəbul olunduqdan sonra sosial işçi tərəfindən ilkin qiymətləndirmə aparılır, fərdi qayğı planı hazırlanır və sosial reabilitasiya prosesinə cəlb edilirlər: “Fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılır. Həmçinin müəssisə sakinlərinin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür”.

Mission News Theme by Compete Themes.