Press "Enter" to skip to content

Kitab sərgisi: Aida İmanquliyeva – 85

Sərgidə

BAYRAQDAR MEDİA – Sərgi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli şərqşünas alim Aida İmanquliyevanın anadan olmasının 85 illiyi münasibəti ilə təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə deyilir ki, “MEK-in direktoru Dos. Hüseyn Hüseynov, alimlər, kitabxana oxucuları Azərbaycan xalqının tarixində ilk qadın azərbaycanlı ərəbşünas alim, elmlər doktoru, Prof. Aida xanım İmanquliyevanın zəngin elmi əsərləri, pedaqoji fəaliyyətini əks etdirən ədəbiyyatlara baxıblar”.

Sonra xəbərdə, “sərgidə alimin özünün müəllifi olduğu “Yeni ərəb ədəbiyyatı korifeyləri”, “Cübran Xəlil Cübran”, “Novruz Şərq ölkələrində”, “Mixail Nuayme və Qələmlər birliyi” dərs vəsaiti, alim haqqında qələmə alınan “Dünya deyilən sənmişsən…”, “Aida İmanquliyeva yaradıcılığının izi ilə. Şərq ruhunun Qərb həyatı”, “Ölməzliyə aparan yol”, “Şərq və Qərb ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr”, o cümlədən “Şərqşünaslıq İnstitutu-50” elmi araşdırmalar toplusu, “Azərbaycan şərqşünaslığı” elmi-kütləvi jurnalının növbəti sayı, “Azərbaycanın elm və mədəniyyət xadimləri”, “Aida İmanquliyeva” adlı biblioqrafiyalar və digər dəyərli nəşrlərlə yaxından tanış olublar” deyə bildirilir.

Qərb və Şərq elmi, mədəni əlaqələrinin sintezinin yer aldığı ənənəvi sərgi Azərbaycan və xarici dillərdə istifadəçilərə təqdim edilir.

Mission News Theme by Compete Themes.