BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi, yaşlı və əlil vətəndaşların həyat standartlarını yüksəltmək və gündəlik həyatlarını asanlaşdırmaq üçün ev təmizliyinə dəstək verəcəyini açıqlayıb.
Bu barədə eskisehirhaber.com saytı məlumat yayıb.
Məlumata görə, Eskişehir Böyükşəhər Bələdiyyəsi sosial bələdiyyə fəaliyyətlərinə bir yenisini əlavə edib: “Sosial yardım və sosial həmrəylik layihələri ilə diqqət çəkən Eskişehir Böyükşəhər Bələdiyyəsi, ehtiyacı olan yaşlı və əlillər üçün başlatdığı yeni xidmət çərçivəsində ev təmizliyi dəstəyi verməyə başlayır. Eskişehir Böyükşəhər Bələdiyyəsi sosial media hesabından etdiyi açıqlamada hər zaman vətəndaşların yanında olduğunu bildirib”.





