Bu dəfə “Qlobal tələbə necə olunur” mövzusu ətrafında müzakirələr aparılıb
BAYRAQDAR MEDİA – Diaspora təşkilatları arasında öz səmərəli fəaliyyəti ilə seçilən Eskişehir Azərbaycanlılar Dərnəyi (EsAzDer) yeni dönəmdə də müsbət mənada fərqlənməkdədir. Dərnək ötən illərdə gerçəkləşdirdiyi layihələri davam etdirməklə yanaşı, yeni layihələrin icrasına da başlayb.

Ötən müddətdə EsAzDer-in yaddaqalan layihələrindən biri də “Çərşənbə söhbətləri”dir. Dərnəkdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, bu layihə yeni dönəmdə də davam etdirilir.
Məlumata əsasən, oktyabrın 9-da bu dönəmin ilk “Çərşənbə söhbətləri” çərçivəsində görüş reallaşıb.

“Çərşənbə söhbətləri”nin bu dəfəki qonağı Səxavət Dadaşov olub: “Səxavət Dadaşov “Qlobal tələbə necə olunur” mövzu başlığı altında tələbələri bilgiləndirdi. Məruzəçi tələbələrə qlobal dünyaya neçə açılmalarının lazım olduğunu izah etdi. Qeyd edildi ki, xüsusilə uğur əldə etmək üçün daima özün üçün şanslar yaratmalısAN. Həmçinin bunun üçün tələbələrin lazımı akademik hazırlığının olması vacibdir. Məruzədən sonra qonaq iştirakçıların suallarını cavablandırıb”.
Sonda Dərnək Sədri Cavid Aydın Səxavət Dadaşova təşəkkür bəlgəsi təqdim edib.





