Press "Enter" to skip to content

50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb

50 min manat dəyərində oğurluq edən şəxslər saxlanılıb

BAYRAQDAR MEDİA – Bakı şəhərinin Xətai və digər rayonlarında yerləşən marketlərdən silsilə oğurluqlar edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “naməlum şəxslər müxtəlif vaxtlarda şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi maskalarla kamuflyaj olunaraq 10-dan artıq marketi talayıblar. Onlar həmin marketlərdən 6 min manat dəyərində tütün məmulatı, ödəmə terminalları və kassalardan ümumilikdə 44 min 500 manata yaxın nağd pul vəsaitini ələ keçiriblər”.

Daha sonra xəbərdə, “Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində talama cinayətlərini törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuşlar –  25 yaşlı Ərəstun Məmmədov və həmyaşıdı Rəhman Məhərrəmov saxlanılıblar. Onların törətdikləri cinayət əməlləri təhülkəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb” deyə bildirilir.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Mission News Theme by Compete Themes.