BAYRAQDAR MEDİA – Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə beynəlxalq “Strandja” turnirinə yekun vurulub. Azərbaycan millisi yarışı 2 gümüş və 2 bürünc medalla başa vurub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Azərbaycan yığması heyətində Zəlimxan Süleymanov (57 kq) və Zaur Qəhrəmanov (67 kq) ikinci yeri tutublar. Nicat Hüseynovla (51 kq) Nəbi İsgəndərov (67 kq) isə turniri bürünc medalla başa vurublar”.
Azərbaycan millisi bu göstərici ilə komanda hesabında 5-ci yeri tutub.





