Bakıda “Stratcom Public Forum” çərçivəsində tədbir keçiriləcək
BAYRAQDAR MEDİA – Martın 4-də Bakıda Türkiyə Cumhurbaşqanlığının İletişim Başqanlığının təşkilatçılığı ilə “Stratcom Public Forum” çərçivəsində “Daha ədalətli bir dünya mümkündür” adlı tədbir keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “öncə “Türkiye Yüzyılı” mövzusunda fotosərgiyə baxış olacaq. Sonra Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün açılış nitqi ilə çıxış edəcək. Tədbirdə, həmçinin Türkiyə Cumhurbaşqanlığının İletişim başqanı Fahrettin Altunun tədbir iştirakçılarına videomüraciəti səsləndiriləcək. Sonra tədbir panel iclası ilə işini davam etdirəcək”.





