BAYRAQDAR MEDİA – İranda İnsan Haqları Təşkilatı – HENGAW xəbər verir ki, fevral ayında İran həbsxanalarında ən azı 88 məhbus dar ağacından asılıb. Ötən ilin eyni dövründə isə 10 məhbusun ölüm hökmü həyata keçirilib.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərə əsasən, “asılan məhbuslardan üçü qadın olub. Edam cəzası həyata keçirilən məhbuslar 46,5 faizi narkotik qaçaqmalçılığında günahlandırılıblar. Ən çox ölüm hökmü İsfahan əyalətindəki həbsxanalarda 20 edamla qeydə alınıb”.





