Press "Enter" to skip to content

“Gəmi agentlərinin hazırlığı” kursu təşkil olunacaq

“Gəmi agentlərinin hazırlığı” kursu təşkil olunacaq

BAYRAQDAR MEDİA – Dövlət Dəniz və Liman Agentliyində (DDLA) cari il aprelin 1-4-də “Gəmi agenti haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq “Gəmi agentlərinin hazırlığı” üzrə kurs təşkil olunacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “kursun təşkilində məqsəd dəniz nəqliyyatı sahəsində yük və sərnişin daşımalarının təşkilində səmərəliliyin yüksəldilməsi, dəniz nəqliyyatı xidmətlərinin beynəlxalq bazara girişi üçün şərait yaradılması, beynəlxalq daşımaların həcminin artırılmasına yardım göstərilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması, eləcə də gəmilərin liman əməliyyatları zamanı vaxt itkisinin minimuma endirilməsidir”.

Sonra xəbərdə, ““Gəmi agenti haqqında Əsasnamə”də nəzərdə tutulan tələblərə cavab verən hüquqi və ya fiziki şəxslər sözügedən kursda iştirak etmək məqsədilə Agentliyə rəsmi məktubla müraciət etməlidirlər. Bildirək ki, gəmi agenti xidmətləri Azərbaycanda qeydiyyata alınmış hüquqi şəxslər, Azərbaycan vətəndaşları və Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən göstərilə bilər”.

Qeyd edək ki, müraciət üçün son tarix martın 14-dür.

Mission News Theme by Compete Themes.