Press "Enter" to skip to content

Güney Azərbaycanlı din xadiminin aclıq aksiyası

Əbdüləziz Əzimi Qədim

BAYRAQDAR MEDİA – Dünən bədnam Evin zindanında saxlanılan milli fəal və din xadimi Əbdüləziz Əzimi Qədim Güney Azərbaycanlı fəallara qarşı məhkəmə və təhlükəsizlik təzyiqlərinə etiraz olaraq aclıq aksiyasına başlayıb.

Xəbəri “Azad İran” Telegram kanalı yayıb.

Bildirilib ki, “Əbdüləziz Əzimi Qədim məhkəmə iclasının müstəqil keçirilməməsinə və ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin təzyiqlərinə etiraz edib. Saxta ittihamlarla 6 il müddətinə azadlıqdan məhrum edilən siyasi məhbus tələbləri yerinə yetirilməyənə və İranın Ədliyyə-Məhkəmə Sisteminin sədri Qulamhüseyn Mohseni Ejei ədalətsiz prosesə görə məsuliyyət daşıyana qədər aclıq aksiyasını davam etdirəcək. Din xadimi etirazında ETTELAAT və Ədliyyə-Məhkəmə Sisteminin Güney Azərbaycanlı fəallara qarşı düşməncəsinə davranışından söz açıb və bu repressiv prosesə son qoymağa çağırıb”.

Mission News Theme by Compete Themes.