BAYRAQDAR MEDİA – Binəqədi rayonu ərazisində yerləşən marketlərin birindən 580 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 30 yaşlı Ə.Bayramov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır”.





