BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) təşkilatçılığı ilə Masallı rayonunda “Ailə dəyərləri, erkən nikah, qohum evliliklərinin fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Masallı rayonunda yerləşən şəhid S.Hacıyev adına Viləş kənd tam orta məktəbində keçirilən görüşdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəbin müəllim kollektivi və 8, 9, 10-cu sinif şagirdləri iştirak ediblər”.
Sonra xəbərdə, “tədbirin məqsədi ailə dəyərləri, erkən nikah, eləcə də qohum evliliklərinin fəsadları barədə uşaqların məlumatlılıq səviyyəsini artırmaq, həmçinin onların hüquqlarının müdafiəsi məsələlərinə diqqət çəkməkdir” deyə qeyd edilir.
Qeyd edək ki, sözegedən mövzuda maarifləndirmə görüşləri mütəmadi olaraq təşkil edilir.





