Press "Enter" to skip to content

Qanunsuz odlu silah-sursat aşkar olunaraq götürülüb

Daxili İşlər Nazirliyi

BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “martın 1-də və 2-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 pulemyot, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 23 tüfəng, 4 patron darağı və 409 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər”.

Mission News Theme by Compete Themes.