Press "Enter" to skip to content

“Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”nə sənəd qəbulu

“Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”nə sənəd qəbulu

BAYRAQDAR MEDİA – Elm və Təhsil Nazirliyi (ETN) “Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi”ni elan edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya ETN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq istənilən ümumi təhsil müəssisəsində çalışan pedaqoji işçilər iştirak edə bilərlər. Müsabiqənin keçirilməsində əsas məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır”.

Sonra xəbərdə, “müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin qəbulu 4 mart – 10 aprel 2025-ci il tarixlərində www.grants.edu.az saytı üzərindən həyata keçiriləcək. Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində maarifləndirmə sessiyaları təşkil ediləcək. Bu barədə məlumat ETN-in və müsabiqənin rəsmi resurslarında paylaşılacaq” deyə bildirilir.

Qeyd edək ki, qrant müsabiqəsi barədə daha ətraflı linkdən tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.