Press "Enter" to skip to content

Türkiyə erkən seçimə gedir

AK Partinin loqosu

Recep Tayyip Erdoğan yenidən namizəd olacaq

BAYRAQDAR MEDİA – Türkiyə siyasətində növbədənkənar seçki müzakirələri davam edərkən, seçki tarixi ilə bağlı hakim partiyadan dəqiq açıqlama gəlib. Belə ki, AK Partinin sədr müavini Hüseyn Yayman 2027-ci ilin noyabrında keçiriləcək seçkilərlə Recep Tayyip Erdoğanı yenidən prezident seçəcəklərini açıqlayıb.

Məlumatı eskisehirhaber.com saytı yayıb.

Məlumata görə, Hüseyn Yayman “İnşallah, 2027-ci ilin noyabrında keçiriləcək bir seçki ilə Cumhurbaşqanımızı Cumhur İttifakının namizədi olaraq bur daha Cumhurbaşqanı seçəcəyik” deyib.

H.Yayman Cumhurbaşqanı Recep Tayyip Erdoğana işarə edərək “Belə bir dünya lideri varkın bilge lider Devlet Bahçelinin dediyi kimi, başqa namizədə ehtiyac yoxdur. Dua edirik, çalışırıq, gecə-gündüz millətimizə xidmət edərək növbəti seçkilərdə də Recep Tayyip Erdoğanı yenidən Cumhurbaşqanı seçəcəyik. Türkiyənin bütün problemlərini birlikdə həll edəcəyik”deyib.

Məlumatda o da bildirilib ki, normalda Türkiyədə ümumi seçkilər 2028-ci ildə keçirilməlidir: “Lakin müxalifətin növbədənkənar seçki çağırışları və hakimiyyətin buna münasibəti seçki tarixi ilə bağlı müzakirələri gündəmdə saxlayır. AK Partinin seçki tarixini 2027-ci ilin noyabrı kimi qeyd etməsi müxalifətin növbədənkənar seçki tələblərinə cavab kimi qiymətləndirilir. AK Partinin sədr müavini Hüseyn Yaymanın 2027-ci ilin noyabr ayına işarə edən açıqlamaları müxalifətin erkən seçki çağırışları ilə birlikdə qiymətləndirildikdə Türkiyə siyasətində seçki tarixi ilə bağlı mühüm müzakirələrin davam etdiyini göstərir. Qarşıdakı dövrdə bu müzakirələrin necə davam edəcəyi və seçki tarixinin nə vaxt dəqiqləşəcəyi maraqla gözlənilir”.

Mission News Theme by Compete Themes.