Press "Enter" to skip to content

Xankəndi Ağdərə və Xocalıda buraxılış imtahanları keçirilib

İmtahan zamanı

BAYRAQDAR MEDİA – Martın 2-də Azərbaycanın hər yerində olduğu kimi işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən orta məktəblərdə də buraxılış imtahanları keçirilib.

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən

BAYRAQDAR MEDİA-ya daxil olan bir məlumatda qeyd edilib.

Bildirilib ki, “buraxılış imtahanı Xankəndi şəhər 4 nömrəli , Ağdərə rayon Talış kənd, Xocalı 1 nömrəli orta məktəblərində təşkil edilib. İşğaldan azad olunan ərazilərdə Xankəndi, Ağdərə və Xocalıda keçirilən imtahanlarda ümumilikdə 26 şagird iştirak edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib”.

Məlumatda, həmçinin “imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərir, imtahanın keçirildiyi binalarla müntəzəm əlaqə saxlanılır və imtahan prosesinin gedişi nəzarətdə saxlanır. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilir, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb” deyə qeyd edilib.

Mission News Theme by Compete Themes.