Press "Enter" to skip to content

Azərbaycanda universitet rəhbərləri ilə məhsuldar görüşlər keçirilb

Prof. Dr. Orhan Gemikonaklı

Prof. Dr. Orhan Gemikonaklı: Həmin görüşlərdə universitetlər arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi, birgə seminarların və konfransların təşkili, həmçinin digər məsələlər ətrafında detallı fikir mübadiləsi aparıldı

BAYRAQDAR MEDİA – “Beynəlxalq Final Universiteti yüksək keyfiyyətli təhsil, elmi tədqiqat və beynəlxalq əlaqələr sahəsində çoxsaylı uğurlar əldə edib”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Beynəlxalq Final Universitetinin rektor əvəzi Prof. Dr. Orhan Gemikonaklı deyib.

Qeyd edək ki, Prof. Dr. Orhan Gemikonaklının müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik.
Prof. Dr. Orhan Gemikonaklı bildirib ki, Beynəlxalq Final Universiteti tələbə mübadiləsi, innovativ tədris metodları və müxtəlif sahələrdəki mütəxəssislər yetişdirməyə xüsusi diqqət ayırır: “Məhz bu xüsusiyyətləri ilə Beynəlxalq Final Universiteti dünyanın müxtəlif ölkələrində tanınır”.

Azərbaycandakı müxtəlif universitetlərin rəhbərləri ilə məhsuldar görüşlər keçirildiyini deyən rektor əvəzi daha sonra bildirib: “Azərbaycandakı müxtəlif universitetlərin rəhbərləri ilə məhsuldar görüşlər keçirdik. Həmin görüşlərdə iqtisadiyyat, iqtisadi idarəetmə, memarlıq, dizayn ixtisasları və mühəndisliyin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq məsələləri geniş müzakirə olundu. Həmçinin universitetlərin tədris təcrübəsinə, beynəlxalq əməkdaşlıq imkanlarına, maddi texniki təminatına və kadr potensialına toxunuldu”.

“Bundan başqa həmin görüşlərdə universitetlər arasında elmi əməkdaşlığın inkişaf etdirilməsi, birgə seminarların və konfransların təşkili, elmi nəticələrin mübadiləsi, alimlərin müştərək tədqiqatları və indeksli beynəlxalq nəşirlərdə birgə çap olunması məsələləri ətrafında detallı fikir mübadiləsi aparıldı. Elmi əməkdaşlığın tədris proqramlarının inkişafına və akademik mühitin daha da zənginləşməsinə böyük təsir göstərəcəyi vurğulandı. Bu əməkdaşlığın həm yerli, həm də beynəlxalq miqyasda yüksək keyfiyyətli tədqiqatların aparılmasına və mütəxəssis hazırlığı sahəsində yeni imkanların yaradılmasına təkan verəcəyi bəyan edildi” deyə Prof. Dr. Orhan Gemikonaklı sonda əlavə edib.

Mission News Theme by Compete Themes.