Press "Enter" to skip to content

Baharın müjdəçisi Akyakada gözəl mənzərə yaradıb

Akyaka mahalı

BAYRAQDAR MEDİA – Karsın Akyaka mahalı baharın müjdəçisi olan qar çiçəyi ilə təbiət möcüzəsinə çevrilib.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Bildirilib ki, “qar əridikcə üzünü göstərən çiçəklər təbiətsevərlərin və fotoqrafiya həvəskarlarının diqqətini çəkir. Sərt qış şəraitindən sonra yazın müjdəçisi sayılan bu çiçəklər öz saf ağ görünüşü ilə valeh edir”.

Məlumata görə, xüsusilə Akyakanın yüksək dağlıq bölgələrində açan nadir çiçəklər təbiətin oyanışını simvollaşdırır: “Təbii gözəllikləri ilə hər mövsüm fərqli bir sima nümayiş etdirən Kars, qardələnlrin çiçəklənməsi ilə baharın ən gözəl kadrlarına ev sahibliyi edir.

Mission News Theme by Compete Themes.