Press "Enter" to skip to content

Çin peyk internet texnologiyası üçün sınaq peykini orbitə buraxıb

Çin peyk internet texnologiyası üçün sınaq peykini orbitə buraxıb

BAYRAQDAR MEDİA – Çin Jiuquan Peyk Başlatma Mərkəzindən “Long March-2D” daşıyıcı raketi ilə kosmosa peyk internet texnologiyası üçün sınaq peyki göndərib.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu haqda Türkiyənin “Demirören” Xəbər Agentliyi məlumat verib.

Pekin vaxtı ilə saat 12:00-da buraxılan peyk əvvəlcədən müəyyən edilmiş orbitə yerləşib.

Bildirilib ki, peyk mobil telefonlara birbaşa qoşulma, göy və yer rabitəsinin inteqrasiyası kimi texniki sınaq və yoxlamaların aparılması üçün istifadə olunacaq.

Buraxılış “Long March” daşıyıcı raketlərinin 567-ci uğurlu missiyası kimi qeydə alınıb.

Mission News Theme by Compete Themes.