Prof. Dr. Orhan Gemikonaklı: Beynəlxalq Final Universiteti ilə qardaş Azərbaycanın daha bir univeristeti arasında akademik əməkdaşlıq qurulur
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Beynəlxalq Final Universitetinin rektor əvəzi Prof. Dr. Orhan Gemikonaklının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Səfər zamanı qonaqlar Azərbaycan Dövlət Pedaqoji Universitetində də (ADPU) olublar.
Bu barədə BAYRAQDAR MEDİA-ya Prof. Dr. Orhan Gemikonaklı məlumat verilib.

O, “səfərimiz məhsuldar oldu. Beynəlxalq Final Universiteti ilə qardaş Azərbaycanın daha bir univeristeti arasında akademik əməkdaşlıq qurulur” deyib.
Məlumata görə, görüşdə rektorla yanaşı universitetin icraçı direktoru dosent Bülənt Taşel və beynəlxalq əlaqələr üzrə kordinatoru, “Multicultural Summer School” departamentinin direktoru Orxan Həsənoğlu, ADPU tərəfindən isə universitetin rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova iştirak ediblər.
Prof. Dr. Orhan Gemikonaklının sözlərinə görə, görüş zamanı universitetlərarası akademik əlaqələrin inkişaf perspektivləri, ortaq elmi tədqiqatların aparılması, təhsil proqramlarının inteqrasiyası və müəllim-tələbə mobilliyi kimi əsas mexanizmlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
Görüşün sonunda isə ADPU və Beynəlxalq Final Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.









