BAYRAQDAR MEDİA – Aprelin 4-də gənclər və idman naziri Fərid Qayıbov mart ayı ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Azərbaycan İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ardınca F.Qayıbov Azərbaycanı beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və onlara yeni qələbələr arzulayıb”.
Sonra xəbərdə deyilir ki, “ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarxlar nümayiş olunub. Sonra atletika, atıcılıq, akrobatika gimnastikası, aerobika gimnastikası, bədii gimnastika, kişi idman gimnastikası, boks, cüdo, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, taekvondo, üzgüçülük, kapoeyra, MMA, qazaq güləşi, uşu idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər”.





