Press "Enter" to skip to content

Qazaxıstan yeni investor vizası tətbiq edir

Qazaxıstan bayrağı

BAYRAQDAR MEDİA – Qazaxıstan beynəlxalq biznesə doğru daha bir addım atır.

Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə ölkənin investisiya cəlbediciliyinin gücləndirilməsinə və uzunmüddətli biznes tərəfdaşlığının dəstəklənməsinə yönəlmiş investor vizasının alınması üçün yeni qaydalar təsdiq edilib. Yeni şərtlərə əsasən, Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya yerli qiymətli kağızlara ən azı 300 min ABŞ dolları məbləğində sərmayə qoyan xarici vətəndaşlar investor vizası üçün elektron ərizə təqdim edə biləcəklər. Bu “qızıl viza” sonradan Qazaxıstan Respublikasında 10 ilə qədər yaşamaq icazəsi almaq imkanı verir”.

Məlumata görə, beynəlxalq təcrübədə (o cümlədən, Avropa ölkələrində, ABŞ, BƏƏ və Sinqapurda) geniş vüsət alan bu cür viza proqramları kapitalın, texnologiyanın və işgüzar fəallığın cəlb edilməsi üçün effektiv alət olduğunu sübut etmişdir: “Qazaxıstan öz investisiya rezidentliyi modelini təklif etməklə bu yanaşmaya qoşulur. “Qızıl vizaların” verilməsi xarici investorlar üçün əlverişli və proqnozlaşdırıla bilən mühit yaradır, hüquqi təminat verir və Qazaxıstanın investisiya mühitinə inamı gücləndirir. Yenilik ölkənin açıqlığa, kapitalın qorunmasına və davamlı beynəlxalq iqtisadi əlaqələrin inkişafına strateji diqqətini əks etdirir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.