Press "Enter" to skip to content

Turizm imkanları Qazaxıstanda təbliğ edilib

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – Mayın 15-də Azərbaycan Turizm Bürosu (ATB) Qazaxıstanın Atırau şəhərində Atırau–Bakı–Atırau birbaşa aviareyslərinin açılışına həsr edilən tədbirdə təqdimat keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, “tədbir çərçivəsində ATB nümayəndəsi tərəfindən keçirilən təqdimatda son dövrlərdə Qazaxıstandan artan maraq nəzərə alınaraq sağlamlıq turizmi, aktiv səyahət, festivallar, konsertlər, eləcə də işgüzar tədbirlər (MICE) və qolf turizminin tanıtımına dair məlumat verilib. 2025-ci ilin ilk dörd ayı ərzində Azərbaycana səfər edən Qazaxıstan vətəndaşlarının sayında 18 faiz artım müşahidə olunduğu bildirilib. Tədbirdə həmçinin “Air Astana” aviaşirkəti, Azərbaycanın “Azertour” turizm şirkəti və “TABIA Group”un nümayəndələri təqdimat keçiriblər”.

Qeyd edək ki, 31 may tarixindən etibarən başlayacaq yeni reys həftədə 3 dəfə olmaqla həyata keçiriləcək. Hazırda isə Astana, Almatı və Aktau şəhərlərindən Bakıya birbaşa uçuşlara mövcuddur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.