Press "Enter" to skip to content

Təranə Turan Rəhimli İtaliyada 1-ci oldu – VİDEO

Təranə Turan Rəhimlinin qalibiyyəti İtaliya mediasında

Son yeniləmə: 15 May 2025

BAYRAQDAR MEDİA – Şair, ədəbiyyatşünas, filologiya elmləri doktoru, Dos. Təranə Turan Rəhimli İtaliyada XI “Mugello” Beynəlxalq Ədəbiyyat və Sənət Müsabiqəsinidə 1-ci yerin qalibi olub. O, dünyanın müxtəlif ölkələrindən şairlərin qatıldığı müsabiqədə xaricdən seçilən yeganə qalib şairdir. Digər yerlərin qalibləri İtaliyalı şairlərdir.

Təranə Turan Rəhimlinin müsabiqəyə təqdim etdiyi “Şairlər” adlı şeirini italyan dilinə görkəmli çağdaş italyan şairi və tərcüməçisi, Prof. Klaudia Piççinyo tərcümə edib.

Qeyd etmək lazımdır ki, “Ən yaxşı tərcümə” noninasiyası üzrə mükafatın da Prof. Klaudia Piççinyoya veriləcəyi elan olunub.

Nüfuzlu beynəlxalq müsabiqədə 1-ci yerin qalibi kimi “Nuovi Occhi sul Mugello” Beynəlxalq Ədəbiyyat və İncəsənət Mükafatı”na layiq görülən Təranə Turan Rəhimli bildirib ki, müsabiqənin nəticələri 13 mayda elan edilsə də ödül törəni iyun ayında gerçəkləşəcək. 11 ildir ki, keçirilən müsabiqəyə bütün qitələrdən çox sayda əsər daxil olsa da onların içərisindən 242 əsər müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqə tələblərinə cavab verən həmin bədii mətnlər, eləcə də yer tutan qaliblərin əsərləri “Mugello” antologiyasında nəşr edilib. Mükafatlar isə yalnız 1-ci, 2-ci və 3-cü yerin qaliblərinə təqdim olinacaq.

Təranə Turan Rəhimlinin qalibiyyəti İtaliya mediasında
Təranə Turan Rəhimlinin qalibiyyəti İtaliya mediasında

Müsabiqənin Təşkilat Komitəsi və Mükafat Komissiyası tərəfindən ödüllərin təqdimetmə mərasiminin 14 iyun 2025-ci il saat 16:00-da Barberino di Mugello Corsini Teatrında keçiriləcəyi bildirilib.

Müsabiqə münsifləri ölkənin tanınmış ədəbiyyat və elm xadimləri – Silvia Calzolari, Simona Chiesi, Marzia Carocci, Alessandra Prospero, Gastone Cappelloni, Emanuele Martinuzzi, Fabio Fratini, Ilde Rampino, Eleonora Marchiori, Paolo Marini, Claudia Piccini, Serena Pinzani, Ezio Alessio Gensini, Alessandra Barucchieri, Silvia Carletti, Silvana Stremiz, Federico Del Monaco, Gabriella Vallini kimi peşəkarlardır.

Təranə Turan Rəhimli mötəbər ədəbi müsabiqədə 1-ci yerin qalibi olması haqqında təəssüratlarını BAYRAQDAR MEDİA üçün belə ifadə edib: “Şeirimin tərcüməçisi, görkəmli italyan şairi, əziz bacım, Prof. Klaudia Piççinyo sevinclə bu xəbəri mənə verəndə “Xaricdən mükafat qazanan yalnız sənsən” deyə xüsusi vurğuladı. Bu möhtəşəm qalibiyyətdən böyük şərəf duydum. Əzizim Klaudiaya, ədalət prinsipi ilə çalışan dəyərli münsiflərə, müsabiqənin təşkilat komitəsinə və mükafat komissiyasına sonsuz təşəkkürlərimi bildirirəm. Bu günədək 50-dən çox ölkədə 37 dilə tərcümə olunan əsərlərimlə çağdaş milli ədəbiyyatımızı təbliğ etməkdən şərəf duymuşam və hər uğurumda öz-özümə bu sözləri pıçıldamışam: “Səni təmsil etmək gözəldir, Vətən!””

Təranə Turan Rəhimlini müsabiqədə qalib edən şeirinə tanınmış bəstəkar və ifaçı, İtaliya prezidenti Culio Andreottinin “İtalyan bəstəkarlarının mahnılarının ən yaxşı ifasına görə” mükafat və kubokla təltif etdiyi, Avropa mədəni mühitində yetərincə tanınan Ridvan Sədirxanov “Şairlər” adlı mahnı bəstələyib. Həmin şeir bu günədək 21 dilə tərcümə olunub.

Şairlər

Min il özünə yol gəlir
Özünü bilənə kimi.
Yüz kərə dirilib-ölür
Əcəli gələnə kimi.

Hörümçək kimi tor qurur,
Torunu  içinə  yığır.
Nə dərd var sinəyə çəkir,
Tüstülənib şeir çıxır.

Dağnan, bulaqnan dərdləşir,
Sıxır  qayanın  əlini.
Daşa danışmaq öyrədir,
Bilmir kor bəxtin dilini.

Allahın gözü üstündə,
Qəlbində Allah işığı.
Qocaldır, böyütmür Allah
İçindəki saf uşağı.

Sözündən asılıb ölür,
Qoymur sözü boğulmağa.
Bezib köhnəlmiş ömürdən
Ölür təzə doğulmağa.

Poeti

Si ripiegano su se stessi
Fino al giorno in cui sapranno chi sono.
Nascono e muoiono mille volte
Finché non arriva l’ora della loro morte.

Fissano ragnatele come i ragni,
Tirano dentro le reti.
Qualunque dolore abbiano, lo serbano nel cuore
E il dolore si trasforma in una nuova poesia.

Condividono il dolore con le montagne,
Stringono la mano alle rocce.
Insegnano alle pietre a parlare,
Non conoscono il linguaggio del destino.

Dio li protegga sempre,
C’è la luce di Dio nei loro cuori.
C’è un bambino puro dentro di loro
Dio fa invecchiare questo bambino, ma non lo rende adulto.

Muoiono impiccati dalle loro parole,
Non lasciano che le parole vengano soffocate.
Sono stanchi e logorati dalla vita,
Muoiono per tornare in vita.

Traduzione in italiano a cura di Claudia Piccinno

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.