BAYRAQDAR MEDİA – Nizami kino mərkəzində Azərbaycanın xalq artisti kino rejisor Şeyx Əbdül Mahmudovun 1989 çi ildə çəkdiyi “Doğma Sahillər” filminə 36 ildən sonra yenidən baxış olub.
Nümayiş “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşəbüusü ilə reallaşıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “tədbiri giriş sozü açan İctimai Birliyin prezidenti Tofiq Əli-zadə qonaqları salamlayaraq 36 il öncə cəkilmiş film barədə ətraflı fikirlər söýləyib. Daha sonra “Doğma Sahillər” filmindən bir parcaya baxış olub. Baxışdan sonra çıxış edən filmin rejissoru şeyx Əbdül Mahmudov filmin senarisi və ideyasi barədə tamaşaçılara məlumat verib”.
Məlumata görə, daha sonra filmdə cəkilmiş aktyorlardan xalq artistləri Həmidə Ömərova və Tariyel Qasımov filmdəki rollarından danışıblar: “Şonra çıxış edən xalq artisti Xalidə Quliyeva, “Vətənim Azərbaycandır” saytının baş redaktoru Kamran Orucov, “Carçı” jürnalının baş redaktoru Gülnarə Əmirquliyeva, şairə Mərcan Şahbuşlu və başqaları tanınmış aktyorlarla ğörüsdən məmnun olduqlarıni bildiriblər”.
İlk şərhi yaza bilərsiniz