Press "Enter" to skip to content

Azərbaycan türk dünyasında etibarlı körpü rolunu oynayır 

Prof. Dr. İlyas Topsakal (solda) və Nadir Azəri

Prof. Dr. İlyas Topsakal: Türk dünyası hər keçən gün daha da dərindən inteqrasiya edir, aramızdakı birlik bağları daha da güclənir

BAYRAQDAR MEDİA – “Bu gün türk dünyası yeni şahlanış dövrünü yaşayır. Türk dünyası hər keçən gün daha da dərindən inteqrasiya edir, aramızdakı birlik bağları daha da güclənir. Lakin bu istiqamətdə atılan addımlarda Azərbaycanın rolu bir başqadır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsində MHP Genel Başkan Yardımcısı, Samsun millət vəkili Prof. Dr. İlyas Topsakal deyib.

Onun sözlərinə görə, Azərbaycan olmadan Qazağıstanın, Qırğızıstanın, Özbəkistanın heç bir anlamı yoxdur: “Həmçinin, Doğu Türküstanın, Sibir türklərinin, elə Türkiyənin də bir anlamı yoxdur. O mənada ki, Azərbaycan türk dünyasında etibarlı bir körpü rolunu oynayır. Türk dövlətlərinin və xalqlarının birlikdə güclü gələcəyi isə məhz Azərbaycan üzərindən quracaqları sağlam əlaqələrdən aslıdır”.

İlyas Topsakal deyib ki, bu, ta qədimdən bu günə kimi belə olub: “Yəni İpək Yolu dövründə də belə idi, hazırda da belədir, inşallah Zəngəzur dəhlizinin açılmasından sonra isə bu körpü daha da güclü hala gələcək. Ümumiyyətlə, bu yolları, bu qardaşlığı, aramızdakı əməkdaşlığı kəsərsənizsə o zaman dünyada rəzil olarsınız. Yox əgər iş birliyini daha da gücləndirsək Qarabağ savaşında olduğu kimi digər məsələlərdə də türk dünyası olaraq uğurlar əldə edə bilərik”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanın Orta Asiya ilə Türkiyə arasında möhkəm bağlar qurması Türkiyənin gələcəyi üçün də mühüm önəm kəsb edir: “Bu gün Türkiyə-Azərbaycan qardaşlaığı özündə dərin siyasi, iqtisadi, mənəvi anlam daşıyır. Çünki bu gün Azərbaycanın Türkiyəyə dəstəyi, eyni zamanda Özbəkistanın, Qazaxıstanın, Türkmənistanın, Qırğızıstanın dəstəyi deməkdir. Dolayısı ilə biz bu gün bir olmalıyıq. Bir-birimizin yanında olmalı, bir-birimizin əlindən tutmalı, birimizin hansı sahədə nəyi çatışmırsa onun aradan qaldırılması üçün birlikdə addım atmalıyıq. Çünki birlikdən dirilik doğar”.

İlyas Topsakal onu da vurğulayıb ki, bu gün birliyimizin güclü olması həm də iqtisadi bağların dərinləşməsi və iqtisadi imkanların artırılmasından aslıdır: “Mən yenə qardaş Azərbaycanı misal çəkəcəm. Azərbaycan öncə iqtisadi imkanlarını artırdı. Sonra bu imkanları həm dəı ordusunun gücləndirilməsinə yönəltdi və nəticədə də Vətən müharibəsində tarixi zəfər əldə etdi. Məhz bundan irəli gələrək Türk Dövlətləri Təşkilatının iqtisadi imkanlarının gücləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində işlərini daha da sürətləndirməlidir”.

Müsahibimiz əlavə edib ki, türk dünyasının iqtisadi imkanlarının gələcəkdə daha da gücləndirilməsi eyni zamanda bu sahə üzrə güclü kadrların yetişdirilməsindən aslıdır: “Təbii ki, bu uğur həmçinin, təhsil, elm ocaqlarında beyin mərkəzlərinin formalaşmasından aslıdır. Hesab edirəm ki, bu mərkəzlərdən biri də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsidir (TUDİFAK). Rəhmətlik Turan Yazgan hocamızın yaratdığı bu fakultə bu gün təkcə Azərbaycan üçün deyil, bütövlükd türk dünyası üçün elmli, biliklə kadrların yetişidirilməsində mühüm rol oynaan ocaqlardan biridir”.

MHP Genel başqan yardımçısı bildirib ki, türk dünyasının iqtisadi imkanlarının gücləndirilməsi, o cümlədən gələcəyin çağırışlarına cavab verilməsi üçün davamlı müzakirələrin aparılması, proqramlaırn hazırlanması önəmlidir: “Hesab edirəm ki, 16-17 may tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin təşkilatçılığı ilə Bakıda keçirilən “Ortaq Gələcək: Sosial-iqtisadi innovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisad konfrans da türk dünyasının iqtisadi baxımdan əlaqələrinin daha da dərinləşməsinə öz müsbət təsirini göstərəcək. Necə ki, 1992-ci ildə bu fakultənin əsası qoyuldu, həmin vaxtdan bu günə kimi TUDİFAK qarşına qoyulan məqsədləri nail olmaq üçün uğurlu fəaliyyət göstərib. TÜDİFAK bu gün nəinki gənclərə təhsil verir, eyni zamanda keçirilən beynəlxalq elmi tədbirlər, elmi konfranslara ev sahibliyi etməklə, bu cür tədbirlərin əsas təşəbbüskarı olmaqla öz sözünü deyir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.