Press "Enter" to skip to content

28 May türk tarixinin şanlı səhifəsidir

Tədbir zamanı

Bakı Atatürk Liseyində 28 May-Müstəqillik Günü münasibətilə tədbirlər keçirilib

BAYRAQDAR MEDİA – 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycanda və ölkəmizdən kənarda müxtəlif tədbilrə keçirilir. O cümlədən Türk Dünyası Araşdırmaları Vəqfi Bakı Atatürk Liseyinin hər iki şöbəsində də bu münasibətlə tədbirlər keçirilib.

Dövlət himni oxunarkən
Dövlət himni oxunarkən

Liseydən verilən məlumata görə, hər iki şöbədə də bayram tədbirləri şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb. Daha sonra Müstəqillik Gününün əhəmiyyəti və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə qadınlara seçki hüququ verilib və qadın-kişi bərabərliyi təmin olunub, ilk parlamentimiz formalaşdırılıb, Milli Ordu yaradılıb, milli valyuta dövriyyəyə buraxılıb, milli bank təsis edilib. Eləcə də Cümhuriyyət parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı ilə həm də müsəlman Şərqində ilk Avropa tipli universitet – Bakı Dövlət Universiteti yaradılıb.

Müstəqillik Günü barədə ətraflı məlumat verilib
Müstəqillik Günü barədə ətraflı məlumat verilib

Qeyd edilib ki, 28 May yalnız Azərbaycan xalqının tarixində dönüş nöqtəsi deyil, eyni zamanda türk tarixinin şanlı səhifəsidir. Şagirdlərə həmçinin Azərbaycanın öz müstəqilliyini 1991-ci ildə yenidən bərpa etməsi barədə də məlumat verilib. Bildirilib ki, dahi şəxsiyyət Ümummilli Lider Heydər əvəzsiz xidmətləri ilə indiki güclü-qüdrətli Azərbaycanın təməli qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Zəfər isə bütün türk dünyasını qürurlandırıb.

Bayram coşqusu
Bayram coşqusu

Daha sonra söz şagirdlərə verilib. Şagirdlərin ifasında müstəqlliyə, Zəfərə, Türkiyə-Azərbaycan qardaşlığına həsr edilmiş şeirlər və mahnılar səsləndirilib. Eyni zamanda müxtəlif rəqs nümunələri təqdim edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.