Press "Enter" to skip to content

Pakistanda kursda iştirak edən Azərbaycan hərbi qulluqçuları Vətənə dönüb

Pakistanda kursda iştirak edən Azərbaycan hərbi qulluqçuları Vətənə dönüb

BAYRAQDAR MEDİA – Pakistanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup ixtisaslı mütəxəssislərinin iştirakı ilə keçirilən kurs başa çatıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərə bildirilir ki, “müvafiq kursu uğurla başa vuran Azərbaycan hərbi qulluqçularının Vətənə qayıtması münasibətilə tədbir keçirilib. Kurs müddətində Azərbaycan hərbi mütəxəssislərinin dost və qardaş ölkə Pakistan HHQ-nin heyəti ilə qarşılıqlı fəaliyyət göstərərək yüksək nəzəri və praktiki bacarıqlarını nümayiş etdiriblər”.

Sonra xəbərdə, “Vətənə qayıdan hərbi qulluqçularla görüşən Azərbaycanın müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə şəxsi heyətin fəaliyyətini yüksək qiymətləndirib. Nazir müavini kursu müvəffəqiyyətlə başa vuran bütün heyəti fəxri fərmanla mükafatlandırıb. Kursda yüksək peşəkarlıq nümayiş etdirən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “kiçik gizir” hərbi rütbəsi ilə təltif edilib” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.