Press "Enter" to skip to content

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı əyləncəli tədbir

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı əyləncəli tədbir

BAYRAQDAR MEDİA – Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir. Kütləviliyi təmin etmək məqsədi ilə aparılan işlər çərçivəsində federasiya Gənclər və İdman Nazirliyi (GİN) ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AKAF-dan daxil olub.

Xəbərdə deyilir ki, “”Gənclik” metrosu yaxınlığında – “Dədə Qorqud” parkında keçirilən ictimai tədbirdə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb. Bu sınaq yürüşlərinə peşəkar müəllimlər nəzarət ediblər. 100-dən çox uşaq və yeniyetmə avarçəkmə qayıqları sürüblər. Tədbir paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb”.

Qeyd edək ki, AKAFı bu cür tədbirləri mütəmadi olaraq təşkil edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.