Press "Enter" to skip to content

KKTC-nin Baş naziri ilə görüş keçirilib

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel, əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu və KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, MÜSİAD Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “MÜSİAD Azərbaycan”dan məlumat verilib.

Bildirilib ki, “görüşdə MÜSİAD Azərbaycan İdarə Heyətinin birinci müavini Hüseyin Yapar, MÜSİAD Azərbaycan üzvü Azər Göyüşov və Gənc MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Akif Başoğlu iştirak ediblər. Tərəflər arasında keçirilən görüş zamanı iki qurum arasında əməkdaşlıq təşəbbüsləri, eləcə də Azərbaycan və KKTC arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub. Bu kontekstdə, Azərbaycan və KKTC MÜSİAD şöbələri arasında işbirliyinin dərinləşdirilməsi, qarşılıqlı səfərlərin təşkili və B2B (şirkətlərarası) görüşlərin artırılmasının əhəmiyyəti xüsusi vurğulanıb”.

Məlumata görə, MÜSİAD Azərbaycan nümayəndə heyəti, həmçinin İctimai Birliyin uzunmüddətli hədəfləri çərçivəsində, Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrində fəaliyyət göstərən MÜSİAD şöbələri ilə birgə layihələrin həyata keçirilməsi istiqamətində planlarından bəhs edib.

Görüşdə, eyni zamanda Azərbaycanlı tələbələrin KKTC universitetlərində təhsilə təşviqi və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə mövzusu olub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.