BAYRAQDAR MEDİA – “Mən Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynanın Müstəqillik Günü münasibətilə təbriklərini və onun Ukraynaya və ukraynalılara göstərdiyi hörməti yüksək qiymətləndirirəm”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda qeyd edib.
Ukraynaya göstərilən dəstəyə görə Azərabycana təşəkkür edən Volodimir Zelenski paylaşımda daha sonra bunları yazıb: “Hörmətli Prezident, Ukrayna və Azərbaycan həmişə bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib. Humanitar və digər dəstəyə görə qardaş Azərbaycana çox minnətdarıq. Biz xalqlarımızın rifahı mənafeyi naminə strateji tərəfdaşlığımızı inkişaf etdirməyə çalışırıq”.





