BAYRAQDAR MEDİA – “Erzurumda sayı günü-gündən artan qadın cirit hakimləri, ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi bu idman sahəsində mövcud ön yargıları qırır. Hazırda şəhərdə aktiv fəaliyyət göstərən yeddi qadın hakim, bölgə və yerli yarışlarda sahəyə çıxaraq həm idmanın etik davranış qaydalarını, həm də əsrlər boyu yaşadılmış cirit ənənəsini davam etdirirlər”.
Bu barədə gazetepusula.net saytının məlumatında qeyd edilib.
Məlumata görə, türklərin Orta Asiyadan Anadoluya köçləri ilə gətirilmiş, döyüş oyunu kimi tanınan və yüzillərdir yaşadılan at idmanı, Erzurumda qadın hakimlərin də iştirakı ilə yeni bir mənzərə qazanır: “Şəhərdə yaz və qış aylarında təşkil olunan klublararası yarışlar artıq qadın at idmanı hakimlərinin rəhbərliyi altında keçirilir”.
Məlumatda deyilir ki, Erzurumdakı qadın cirit hakimləri həm idmanın ədalətli və nizamlı idarə olunmasına töhfə verir, həm də ata idmanının mirasını gələcək nəsillərə çatdırmaq üçün öncül rol oynayırlar.





