Press "Enter" to skip to content

Bu çox ciddi məsələdir

Qasım-Jomart Toqayev

Qasım-Jomart Toqayev: 2027-ci ildə ümumxalq referendumu keçirmək, ardınca isə Konstitusiyaya zəruri dəyişikliklər etmək olar

BAYRAQDAR MEDİA – “Özüm on il ərzində Senata rəhbərlik etmişəm və bu işi həmişə böyük şərəf və məsuliyyət kimi qəbul etmişəm. Buna görə də buradan parlament islahatından danışmaq mənim üçün asan deyil. Buna baxmayaraq, məhz bu gün ölkəmizdə yaxın gələcəkdə birpalatalı Parlamentin yaradılması barədə təklifimi bildirirəm”.

Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev “Süni intellekt dövründə Qazaxıstan: aktual vəzifələr və onların rəqəmsal transformasiya vasitəsilə həlli” mövzusunda xalqa müraciətində deyib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, prezident daha sonra bildirib: “Qeyd etmək istəyirəm ki, bu çox ciddi məsələdir, onun həllində tələskənlik yolverilməzdir. Bu islahat vətəndaş cəmiyyətində, ekspert dairələrində və əlbəttə, mövcud parlamentdə ətraflı müzakirə olunmalıdır. Hesab edirəm ki, islahatın qeyri-adi xarakterini nəzərə alaraq, müzakirələrə ən azı bir il vaxt lazım olacaq. Bundan sonra 2027-ci ildə ümumxalq referendumu keçirmək, ardınca isə Konstitusiyaya zəruri dəyişikliklər etmək olar”.

“Mən dəfələrlə demişəm ki, dövlət üçün taleyüklü olan bütün məsələlər yalnız xalqın razılığı ilə həll olunacaq. Əgər hamımız birpalatalı Parlamentin yaradılması barədə ortaq qərara gəlsək, mənim fikrimcə, belə Parlament yalnız partiya siyahıları üzrə seçilməlidir. Bu da dünyada geniş yayılmış parlament ənənəsinə uyğun olacaq.” deyə sonda dövlət başçısı vurğulayıb.

Mission News Theme by Compete Themes.