Press "Enter" to skip to content

Nazir Çinin Zhejiang vilayətinin vitse-qubernatoru ilə görüşüb

Nazir Çinin Zhejiang vilayətinin vitse-qubernatoru ilə görüşüb

BAYRAQFAR MEDİA – Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Çinin Zhejiang vilayətinin vitse-qubernatoru Ke Ji Xinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə nəqliyyat, logistika, Orta Dəhlizin inkişafı və buistiqamətdə daşımaların perspektivləri məsələləri müzakirə edilib. Həmçinin logistika dəhlizlərinin rəqəmsallaşdırılması barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, tərəflər Zhejiang vilayətində yerləşən Ningbo limanı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında avtomatlaşma və rəqəmsallaşma sahəsində əməkdaşlığın qurulması üçün işçi qrupunun yaradılması məsələsini razılaşdırıb”.

Mission News Theme by Compete Themes.