Son yeniləmə: 8 Sentyabr 2025
BAYRAQDAR MEDİA – Sentyabrın 8-də doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Xanyurdu kəndinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu mərhələdə köçürülən 46 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, sözügedən Komitənin rəsmiləri iştirak ediblər.





