BAYRAQDAR MEDİA – “Bir çox dövlətlərin Qazaxıstanla dostluq münasibətləri qurmaq və qarşılıqlı faydalı əməkdaşlıq etmək istəyi, ilk növbədə, ölkəmizin beynəlxalq arenada nüfuzundan və tələb olunan tərəfdaş olmasından xəbər verir. Qazaxıstan mühüm beynəlxalq problemlərin həllinə öz töhfəsini verir, həm qonşu, həm də uzaq dövlətlərlə əməkdaşlığı yüksək qiymətləndirir”.
Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev “Süni intellekt dövründə Qazaxıstan: aktual vəzifələr və onların rəqəmsal transformasiya vasitəsilə həlli” mövzusunda xalqa müraciətində deyib.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, dövlət başçısı xarici ölkələrə səfərlərindən də bəhs edib: “Bu yaxınlarda mənim Çinə rəsmi səfərim baş tutdu, ikitərəfli münasibətlərin bütün spektri üzrə səmərəli danışıqlar aparıldı və bu, əbədi strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Türkiyə və Qırğızıstana səfərlərim də uğurlu oldu. İlin sonunda mənim Rusiya və Özbəkistana səfərlərim nəzərdə tutulub, Astanada Azərbaycan, Ermənistan, Türkmənistan rəhbərlərini qəbul etməyə hazırlaşırıq, həmçinin bir sıra Asiya və Avropa ölkələrinin dövlət başçıları ilə görüş və danışıqlar planlaşdırılır. Qazaxıstan–Amerika dialoqu da fəal şəkildə inkişaf edir. Avropa Birliyi ilə çoxşaxəli əlaqələrimizi də genişləndiririk.”





