Son yeniləmə: 8 Sentyabr 2025
BAYRAQDAR MEDİA – Bu dəfə də sürücü diqqətsizliyi nəqliyyat işıqforunun yararsız vəziyyətə düşməsinə səbəb olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “sentyabrın 8-i günorta saatlarında paytaxtın Binəqədi rayonu, Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən 1 ədəd işıqfor obyekti yararsız vəziyyətə düşüb. Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yararsız vəziyyətə düşmüş işıqforun yenisi ilə əvəz edilməsi işləri görülür”.





