Oral Büyüksarı: Gəncləri gələcəyə hazırlayır, onları səmanın həyəcanı ilə tanış edirik
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, 2023-cü ildə qardaş Türkiyədə, Eskişehirdə Anadolu Uçuş Aviasiya Akademiyası (ANUHA) yaradılıb. Ötən müddət ərzində ANUHA səmərəli və yaddaqalan fəaliyyət göstərib.
Bu barədə Akademiyanın qurucu ortaqlardan Oral Büyüksarı BAYRAQDAR MEDİA-ya özəl açıqlama verib.
O, bildirib ki, pilot olmaq istəyənlər üçün yeni PPL – Private Pilot Licence (Özəl Pilot Lisenziyası) qrupunun təlimləri başlayır.

Qeyd edilib ki, 13–16 noyabr tarixləri arasında Kabin Müsahibə Təlimi əvvəlcə Eskişehirdə, növbəti həftələrdə isə İstanbul və Antalyada keçiriləcək: “Təlimlərdə sahənin mütəxəssisləri ilə birgə hazırlıq və müsahibə məşğələləri aparılacaq. Bundan başqa orta məktəblərdə “Model təyyarə təlimi” başlayacaq. Bu təlim Hatice Ongurların rəhbərliyi ilə həyata keçiriləcək”.

O.Büyüksarı deyib ki, bundan əlavə, Cessna 172 təyyarə simulyatoru da uçuş həyəcanını yaşamaq istəyənlər üçün hazır vəziyyətdədir: “Nüfuzlu aviasiya peşəsi ilə gənclərlə gələcək arasında körpü yaradırıq. Buradan pilot olmaq istəyən gənclərə üzümü tutub “əgər sizdə pilotluq, kabin bələdçiliyi, aviasiya sahəsinə maraq, model təyyarə və ya simulyator vasitəsilə uçuş həyəcanı varsa — tərəddüd etmədən bizimlə əlaqə saxlayın. Gəlin, qəhvəmizi birlikdə içək” deyirəm”.

Qeyd edək ki, Türkiyədə pilot olmaq istəyən gənclər Oral Büyüksarı və Yasin Yaşa (əlaqə-0543 169 01 26) ilə əlaqə saxlaya bilərlər.





