Press "Enter" to skip to content

AQTA-dan orta və kiçik sahibkarlıq subyektlərinə çağırış

AQTA-dan orta və kiçik sahibkarlıq subyektlərinə çağırış

BAYRAQDAR MEDİA – Orta və kiçik sahibkarlıq subyektləri 30 iyun 2026-cı il tarixinədək öz qida obyektlərində Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri (HACCP) sistemini qurmalıdır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən HACCP sisteminin tətbiqi sahibkarlıq subyektləri üçün məcburidir. HACCP qida təhlükəsizliyini təmin etmək üçün tətbiq olunan idarəetmə sistemidir. Sistem qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, keyfiyyətinin yüksəldilməsinə töhfə verir. Agentlik qeyd edir ki, iri sahibkarlıq subyektlərində HACCP-ın tətbiqi başa çatıb. Artıq bu müəssisələrdə aparılan nəzarət tədbirləri zamanı HACCP sisteminin tətbiqi vəziyyəti yoxlanılır. 30 iyun 2026-cı il tarixindən isə orta və kiçik sahibkarlıq subyektlərində sistem tətbiq olunmayan müəssisələrdə qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

Agentlik bir daha bütün orta və kiçik sahibkarlıq subyektlərini öz obyektlərində HACCP sistemini tətbiq etməyə çağırıb.

Mission News Theme by Compete Themes.