Press "Enter" to skip to content

Harmandövəndə nadir rastlanan “üçüz” bərəkəti

Üçüz quzular

BAYRAQDAR MEDİA – Iğdırın Harmandövən kəndində heyvandarlıqla məşğul olan fermerlər səhər saatlarında xoş bir sürprizlə qarşılaşıblar. Adətən tək və ya əkiz bala verməsi ilə tanınan Morkaraman cinsli qoyun bu dəfə üçüz bala doğaraq böyük sevinc yaradıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, bölgədə əsasən əkiz doğumlara rast gəlinsə də, üçüz doğumun baş verməsi həm təəccüb, həm də sevinc hissi ilə qarşılanıb. Yaşadığı sevinci bölüşən istehsalçı bildirib ki, “Bu cinsdə adətən tək və ya əkiz doğum olur. Heyvandarlıq fəaliyyəti ilə məşğul olduğum illər ərzində ilk dəfədir ki, üçüz doğumla qarşılaşıram. Bu, bizim üçün böyük bir bərəkət oldu”. Sağlamlıq vəziyyətləri olduqca yaxşı olan üçüz quzular kəndin sevinc mənbəyinə çevrilib”.

Mission News Theme by Compete Themes.