BAYRAQDAR MEDİA – Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında və II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyə kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Abdulkadir Polatın rəhbərlik etdiyi nümayəndə heyəti ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovla görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazieliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “görüş zamanı Cəbrayıl rayonunda həyata keçirilən “Türkiyə-Azərbaycan Beynəlxalq Təlim Mərkəzi və Ağıllı Tinglik” layihəsi çərçivəsində görülən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub”.









