Press "Enter" to skip to content

Milli həmrəylik və birlik ruhu

Tədbirdən xatirə fotosu

Azərbaycan xalqı əsrlər boyu azadlıq uğrunda misilsiz mübarizə aparıb

BAYRAQDAR MEDİA – “Azərbaycan xalqı mübariz xalqdır. Xalqımız əsrlər boyu azadlıq uğrunda misilsiz mübarizə aparıb. 1990-cı il yanvarın 20-si də bu baxımdan xüsusi önəm kəsb edir. Çünki 1990-cı ilin 20 Yanvarı Azərbaycan tarixində dönüş nöqtəsi oldu”.

Bunu Azərbaycan Sağlamlıq Turizminə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr edilmiş anım tədbirindəki çıxışı zamanı deyib.

Ruslan Quliyev çıxış edərkən
Ruslan Quliyev çıxış edərkən

İzmir Azərbaycan Dərnəyinin (İZAZDER) və Azərbaycan Sağlamlıq Turizminə Dəstək Assosiasiyasının rəsmi dəstəyi, Smart Hotels Group və “Space Travel” turizm şirkətinin təşkilatçılığı ilə keçirilən tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Assosiasiyadan verilən məlumata görə, “Şafran” otelində keçirilən tədbirdə qazilər və şəhid ailələri, İZAZDER təmsilçiləri, QHT və media nümayəndələri iştirak edib.

Pərviz Altay çıxış edərkən
Pərviz Altay çıxış edərkən

Açılış çıxışında R.Quliyev, məhz 1990-cı ilin həmin günü keçmiş sovet imperiyasının Azərbaycan xalqına qarşı kütləvi qırğınlar törətdiyini, xalqımıza qarşı SSRİ rəhbərliyinin 1956-cı ildə Macarıstanda, 1968-ci ildə Çexoslovakiyada tətbiq etdiyi üsuldan istifadə edərək Bakıya qoşun yeritdiyini və silahsız mülki əhaliyə qarşı qanlı əməliyyat həyata keçirdiyini vurğulayıb.

Ramil Əliyev çıxış edərkən
Ramil Əliyev çıxış edərkən

Ruslan Quliyev, tədbirin əsas məqsədlərindən birinin də Azərbaycanın apardığı haqq savaşı, əldə etdiyi tarixi qələbə, eləcə də Azərbaycan-Türkiyə qardaşlığı və türk birliyi ideyaları barədə Türkiyə ictimaiyyətinə dolğun və obyektiv məlumatların çatdırılması olduğunu bildirib.

Bəhruz Məmmədzadə çıxış edərkən
Bəhruz Məmmədzadə çıxış edərkən

Sonra çıxış edən İZAZDER sədri Pərviz Altay deyib ki, 20 Yanvar hadisələri Azərbaycan tarixində dərin iz qoymuş qanlı faciə olsa da, həm də bütün azərbaycanlıların yaddaşında qəhrəmanlıq səhifəsi kimi qalıb: “Tarix boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparan xalqlar müxtəlif təzyiqlərə, faciələrə tuş gəliblər. Lakin daha qətiyyətli və dönməz olanlar qalib gəlib, zəiflər isə məğlub olublar. Azərbaycan xalqı da tarixdə mübariz və azadlıq uğrunda savaşan xalq kimi tanınır. Xalqımız ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəlində də mübarizəya qalxdı. Qanlı sovet rejiminin əsarətindən azad olmaq üçün mübarizəyə qalxdı”.

Türkyənin tanınmış yutub-bloger Aziz Başer Evren və şəhid anaları
Türkyənin tanınmış yutub-bloger Aziz Başer Evren və şəhid anaları

P.Altay çıxışında onu da vurğulayıb ki, dünyanın bir çox yerlərində olduğu kimi Türkiyədə də Azərbaycan diasporunun təmsilçiləri hər il 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edir: “Bu bizim mənəıvi borcumuzdur. Çünki biz öz tariximizi unutmamalı, gələcək nəsillərə də çatdırmalıyıq. Bu il isə 20 Yanvar faciəsinin növbəti ildönümündə Bakıda olduğumuz üçün bu dəfə də burada bir tədbirin keçirilməsini istədik. Sağ olsun Ruslan bəy və digər tərəfdaşlar da bu istqamətdə lazım olan dəstəyi göstərdilər. Bizim aramızda
Türkyənin tanınmış yutub-bloger Aziz Başer Evren də var. Azərbaycan sevdalısı olan Aziz bəy həm bu tədbir, həm də Azərbaycanın qəhrəmanlıq dastanı haqqında silsilə paylaşımlar hazırlayır”.

Əminə Dəmirova çıxış edərkən
Əminə Dəmirova çıxış edərkən

Tədbirdə həmçinin, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, İZAZDER-in Qadın Komitəsinin sədri Tərlan Əvəzqızı, İzmirdən olan məşhur yutub-bloger Aziz Başer Evren, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Space Travel” turizm şirkətinin direktoru Əminə Dəmirova, CASCFEN sədri Nadir İsmayılov və digər qonaqlar çıxış ediblər.

Tədbirdən foto
Tədbirdən foto

Çıxışlarda həmin dövrdə erməni təxribatlarının qarşısını almaq əvəzinə SSRİ rəhbərliyinin Azərbaycan xalqının haqlı etiraz səsini boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ölkəmizin digər şəhərlərində dinc insanların üzərinə ordu yeridərək amansız qətliam törətdiyini bildirilib.

Şəhid anaları ilə xatirə fotosu
Şəhid anaları ilə xatirə fotosu

Çıxışlarda, həmçinin Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşmasında müstəsna rolundan, eləcə də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğurlardan, milli həmrəylik və birlik ruhu ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi zəfərdən də geniş bəhs edilib.

Mission News Theme by Compete Themes.