Press "Enter" to skip to content

Azərbaycan və Özbəkistanın mədəniyyətlərarası dialoqu

Azərbaycan və Özbəkistanın mədəniyyətlərarası dialoqu

BAYRAQDAR MEDİA – Azərbaycanın Özbəkistandakı Səfirliyin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə Özbəkistan Dövlət Dram Teatrının direktoru Otabek Curayev arasında görüş keçirilib.

Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüş zamanı tərəflər ikitərəfli mədəni əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, birgə teatr layihələrinin həyata keçirilməsi barədə razılığa gəliblər. Xüsusilə, Mərkəzin teatr kollektivi və Dövlət Dram Teatrının truppasının iştirakı ilə birgə tamaşaların hazırlanması məsələlərinə diqqət yetirilib”.

Bildirilib ki, “2026-cı il teatr mövsümündən başlayaraq Azərbaycan teatrının pyesləri Özbəkistanın teatr səhnəsində mütəmadi səhnələşdiriləcəkdir. Tərəflər birgə teatr təşəbbüslərinin humanitar dialoqun möhkəmləndirilməsinə və iki ölkə arasında mədəni əlaqələrin daha da inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər”.

Mission News Theme by Compete Themes.