BAYRAQDAR MEDİA – İğdır valisi Mustafa Fırat Taşolar və Iğdır Universitetinin rektoru Prof. Dr. Ekrem Gürel vilayət protokol üzvləri ilə birlikdə İğdır 112 Təcili Çağrı Mərkəzinə baxış keçiriblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, səfər zamanı mərkəzdə aparılan fəaliyyətlə tanış olan heyət çağrıların qəbulu və koordinasiya proseslərini yerində izləyib: “Əməkdaşlara fədakar fəaliyyətlərinə görə təşəkkür edilib və işlərində uğurlar arzulanıb. 112 Təcili Çağrı Mərkəzi əməkdaşlarının fövqəladə hallarda vətəndaşlara fasiləsiz xidmət göstərməsinin həyati əhəmiyyət daşıdığı vurğulanıb”.





