Press "Enter" to skip to content

Azərbaycan Milli Hərəkatının fəalları saxlanılıb

Azərbaycan Milli Hərəkatının fəalları saxlanılıb

BAYRAQDAR MEDİA – Azərbaycanlı fəalların həbs dalğasının davamı olaraq, Azərbaycan Milli Hərəkatının fəalları Arəş KəhburCəlal Kudərilu Qoşaçay (Miandoab) şəhərində İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Xəbəri “Araz News” Telegram kanalı yayıb.

Xəbərdə deyilir ki, “Arəş Kəhbur febralın 14-ü axşam saatlarında təhlükəsizlik məmurları tərəfindən tutulub. Bundan sonra güc strukturları onun ata evinə və şəxsi mənzilinə gedərək orada axtarış aparıblar. Fəalın kompyuteri və mobil telefonu müsadirə edilib. Fevralın 15-də səhər saatlarında isə Azərbaycan Milli Hərəkatının tanınmış fəalı və təqaüddə olan müəllim Cəlal Kudərilu, təhlükəsizlik məmurlarının onun şəxsi mənzilinə hücumu nəticəsində saxlanılaraq naməlum yerə aparılıb”.

Qeyd edilib ki, “Arəş Kəhbur bundan əvvəl də dəfələrlə təhlükəsizlik qurumları tərəfindən çağırılaraq dindirilib. Lakin, Cəlal Kudərilunun harada saxlanıldığı və vəziyyəti barədə hələ də heç bir məlumat yoxdur”.

Mission News Theme by Compete Themes.